AZ

Səhərdən yağan yağış sakinlərə çətinlik yaşatdı: Bakı küçələrində SON VƏZİYYƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oktyabrın 21-i səhər saatlarından paytaxtda yağan aramsız yağış bir sıra fəsadlara səbəb olub.
Belə ki, paytaxtın bəzi küçə və prospektləri suyun altında qalıb, buna görə də, axşama doğru tıxac problemi yaranıb.
Hazırda paytaxtın fərqli istiqamətlərində küçə və prospektlərdə güclü tıxac müşahidə olunur. Avtomobillər demək olar ki, hərəkət edə bilmir.
"Həmişə tez gedirdik, indi isə güclü tıxac var. Bir saatdan artıqdır ki, buradayıq. Əvvəl bu yolu 10 dəqiqəyə gedirdik", - deyə narazı sürücülərdən biri bildirib. Tıxac səbəbindən avtobusların hərəkətində də çətinliklər yaşanıb. "Dayanacaqlarda millət doludur, avtobus yoxdur. Piyada gəlmişəm. Burada da avtobus zolağı çəkilsə idi, yaxşı olardı", - paytaxt sakini deyib.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
11
50
oxu.az

10Mənbələr