AZ

Həmkəndlisini öldürən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bakı. Trend:

Naxçıvanda həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxsbarəsində cinayət işi məhkəməyə göndərilib.

Trend xəbər verir ki, bubarədə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun məlumatındadeyilir.

Bildirilib ki, cari il iyunun 29-da Naxçıvan şəhər Tumbul kəndsakini 1993-cü il təvəllüdlü Rahib Abdullayevin öldürülməsi faktıüzrə şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqtamamlanıb.

İbtidai istintaqla 1974-cü il təvəllüdlü Kərim Hüseynovun şəxsimünasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qohumuvə həmkəndlisi Rahib Abdullayevə kəsici-deşici alətlə xəsarətləryetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənedilib.

Kərim Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə ittiham elan edilərək barəsində müstəntiqinvəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyatakeçirən şəhər prokurorunun təqdimatı əsasında barəsində məhkəməninqərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası AğırCinayətlər Məhkəməsinə göndərilib.

Seçilən
21
11
az.trend.az

10Mənbələr