AZ

İsrail 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi - SƏBƏB

İsrail İrana casusluq etməkdə şübhəli bilinən 7 vətəndaşını həbs edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail polisi yayıb. 

Sözügedən şəxslərin İsrail ərazisində yerləşən vacib təhlükəsizlik obyektləri və strateji hədəflər barədə məlumat topladığı bildirilib.

Məlumata görə, saxlanılanlar Hayfa şəhərindən olan Azərbaycanəsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum, eləcə də iki nəfərin yetkinlik yaşına çatmayan şəxs olduğu qeyd edilib. 

Təqsirləndirilən şəxslərin İran üçün təxminən 600 tapşırıq yerinə yetirdikləri vurğulanıb.

Milli.Az

Seçilən
6
11
milli.az

10Mənbələr