AZ

Gimnaziadaya qatılacaq Azərbaycan şahmatçıları bəlli oldu

Bəhreynin paytaxtı Manamada keçikriləcək Gimnaziadada iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub.

Bu barədə Sportnet.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnirdə Paşam Əlizadə, Rüstəm Rüstəmov, Yunis Mahmudzadə, Tunar Davudov, Dinara Hüseynova, Lalə Hüseynova, Nurtən Nuriyeva, Məryəm Ağaverdiyeva, Nərmin Abdinova və Səadət Bəşirli mübarizə aparacaqlar.

Qeyd edək ki, Gimnaziadada şahmat yarışları 25-29 oktyabr tarixlərində keçiriləcək. Azərbaycan şahmatçıları Bəhreynə oktyabrın 23-də yola düşəcək.


Seçilən
11
3
sportnet.az

10Mənbələr