AZ

ABŞ üçün Ukrayna müharibəsi ikinci planda – “Bu gərginlik Trampın xeyrinə olacaq”

“Fransada da, ABŞ-də də Ukraynaya dəstək verən partiyalar böyük ehtimalla seçkilərdə qalib gələ bilməyəcəklər”.

Bu sözləri Ukrayna tərəfinin ABŞ yardımları dayandıracağı təqdirdə, alternativ olaraq Avropa İttifaqını görməsi və müharibənin taleyini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadənin sözlərinə görə, ABŞ üçün Ukrayna müharibəsi ikinci plana keçib.

“ABŞ və Avropa seçkilər ərəfəsindədir. Ukraynaya dəstək partiyaları seçkiləri uduzmaq üzrədir. Fransada da, ABŞ-də də Ukraynaya dəstək verən partiyalar, böyük ehtimalla, seçkilərdə qalib gələ bilməyəcəklər. Ukraynaın əsas sponsoru ABŞ-dir. Ukraynaya yardım edən dövlətlər arasında Fransa NATO-ya üzv olan Avropa dövlətləri arasında 10-12-ci yerləri bölüşür”, – deyə o əlavə edib.

Politoloq vurğulayıb ki, Bayden hökuməti 160 milyard pulu göyə sovurub.

“Nəticə əldə edə bilmədilər. Tramp da onu deyir ki, o pulu daxilə xərcləmək olardı. Trampın bu fikirini dəstəkləyənlərin sayı artır.

Zelenski ABŞ-nin alternativi kimi Avropa İttifaqını görür. Məsələ ondadır ki, Avropa ölkələrinin hamısı ABŞ kimi düşünmür. Almaniya kansleri Şolts Putinlə danışa biləcəyini bəyan etdi. Bayden Ramşteyn toplantısına da qatılmayacaq”, – deyə o vurğulayıb.

Politoloqun sözlərinə görə, ABŞ seçkilərində Donald Tramp qələbə çalacaq.

“Trampın qələbəsi gözləniləndir. Hazırda Ukrayna Rusiya müharibəsindən daha çox ABŞ-ni maraqlandıran İsrailin apardığı müharibələrdir. Böyük ehtimalla, Trampın qələbəsindən sonra Ukrayna cəbhəsində atəşkəs olacaq. Yaxın Şərqdə də atəşkəsin olacağını gözləmək olar.

İranla İsrail arasında da gərginlik olacaq. Bu da Trampın xeyrinə olacaq. İsrail hücum edəcəyi təqdirdə, İran körfəzi bağlayacaq. Beləcə neftin qiyməti qalxacaq. Hesab edirəm ki, baş verənlərin hamısı Trampın hakimiyyəti gəlməsi üçün münbit şərait yaradır”, – deyə o bildirib.

Səxavət Məmməd

Seçilən
29
24
yenicag.az

10Mənbələr