AZ

Diplomat Aİ-ni Ukraynaya qoşun yeritməyə çağırıb

Avropa İttifaqı  münaqişə bitdikdən sonra Ukraynada hərbisizləşdirilmiş zona yaratmaq şərti ilə öz qoşunlarını yerləşdirə bilər.

Demokrat.az
xəbər verir ki, bunu ABŞ-ın Yaponiyadakı keçmiş  səfiri Kennet Vaynşteyn Politico nəşrinə müsahibəsində  deyib.

“Ukrayna ilə Rusiya arasında hərbisizləşdirilmiş zona olarsa, mən təklif edərdim ki, bu zona Aİ qoşunlarından ibarət olsun ”, - deyə diplomat qeyd edib.

Vaynşteyn deyib ki, Qərbin Kiyevə mümkün təhlükəsizlik zəmanəti verməsi kontekstində Aİ ölkələri Ukrayna ərazisinə hərbi personal göndərməyə hazır olmalıdır. Diplomatın sözlərinə görə, Brüssel üçün Ukraynaya təhlükəsizlik təminatının verilməsi son dərəcə vacibdir.


Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
12
3
demokrat.az

4Mənbələr