AZ

Bakıda paltarsız gəzən şəxslə bağlı qərar verildi

Bakının mərkəzi küçələrində - Dəniz vağzalının qarşısında və digər ərazilərdə çılpaq halda gəzən şəxsin görüntüləri yayılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, heç bir geyimdən istifadə etmədən ictimai yerdə dolaşan şəxs insanlarda narahatlıq yaradıb.

DİN-in Mətbuat Xidmətindən saytımıza bildirib ki, görüntülərdəki şəxsin 1990-cı il təvəllüdlü V.Ş olması məlum olub.

Qeyd edilib ki, həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, ixtisaslaşdırılmış tibbi müəssisəsinə yerləşdirilməsi təmin olunacaq.

Milli.Az

Seçilən
5
25
milli.az

10Mənbələr