AZ

Əli Əhmədov və Səməd Seyidova yeni vəzifə verildi 

Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin yeni rəhbəri müəyyənləşib.

Səməd Seyidov Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin yeni rəhbəri olub.

Bundan öncə Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri Cavanşir Feyziyev idi.

X X X

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri müəyyənləşib.

Milli Məclis sədrinin müavini Rəfael Hüseynov nümayəndə heyətinin rəhbəri olub.

X X X

Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri müəyyənləşib.

Nümayəndə heyətinin Qaya Məmmədov Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri olub.

Bundan öndə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev idi.

X X X

Azərbaycan və Rusiya parlamentlərarası əməkdaşlıq komissiyalarının həmsədrləri məlum olub.

Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının Azərbaycan tərəfdən həmsədri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov olub.

Qeyd edək ki, bundan öncə Komissiyanın həmsədri Əli Hüseynli idi.

Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının sədri isə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov olub.


Seçilən
15
15
referans.az

10Mənbələr