AZ

"Qeyri-neft ixracatında artım qeydə alınıb" - FOTOLAR

QHT.az xəbər verir ki, Deputat Vüqar Bayramov bildirib ki, 2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra yanvar-sentyabr aylarında ilk dəfə qeyri-neft ixracatında artım müşahidə olunub. Bu müddət ərzində qeyri-neft ixracatının həcmi 1.3 faiz artaraq 2.5 milyard dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, həmin dövrdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon dollar olub. Bayramov, əvvəlki dövrlərdə qeydə alınan azalmanın elektrik enerjisi və spirtli, spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı olduğunu vurğuladı.

Bu ilin 9 ayındakı artımda, mövsümi faktorlarla yanaşı, aqrar məhsulların ixracatının artmasının da təsir göstərdiyi bildirilib. Lakin, qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır. Daha çox məhsul ixrac edilən bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələrinin də ixrac dövriyyəsinə təsir etdiyi qeyd olunub.

Deputat, qeyri-neft-qaz məhsullarının ixracatının yarıdan çoxunun iki ölkəyə — Rusiya və Türkiyəyə yönəldiyini də vurğuladı. İxracın 34.5 faizi Rusiyaya, 18.1 faizi isə Türkiyəyə gedir. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı, enerjisiz ixrac dövriyyəsinin dayanıqlı inkişafı baxımından vacibdir.

Seçilən
8
9
qht.az

10Mənbələr