AZ

"İkili keçid" mövzuları COP29-da fəal şəkildə müzakirə olunacaq

Bakı. Trend:

"İkili keçid" mövzuları COP29-da fəal şəkildə müzakirəolunacaq.

Trend xəbər verir ki, bubarədə “Harward Business Review Türkiyə” baş redaktoru Serdar TuranBakıda "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosialvə korporativ idarəetmə" mövzusunda keçirilən seminardabildirib.

“Rəqəmsallaşma və dayanıqlı inkişafı birləşdirən ‘ikili keçid’konsepsiyası COP29 Tərəflər Konfransının əsas mövzularından biriolacaq. Bu istiqamətlər, IT və məlumatların istifadəsi sayəsindəqarşılıqlı əlaqədədir və rəqəmsal texnologiyaların dayanıqlıinkişafa töhfə verdiyi bir ‘Sweet Spot’ yaradır”, – Serdar Turanbildirib.

Onun sözlərinə görə, konfrans iştirakçıları rəqəmsallaşmanınkarbon emissiyalarının azaldılmasına və ekoloji effektivliyinartırılmasına necə kömək edə biləcəyini müzakirə edəcəklər.

“Müzakirələr zamanı IT və məlumatların ekoloji göstəricilərinyaxşılaşdırılmasında və Paris Sazişinin məqsədlərinə nailolunmasında necə katalizator kimi çıxış edə biləcəyi nəzərdənkeçiriləcək”, – Serdar Turan vurğulayıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
8
2
az.trend.az

3Mənbələr