Bakıda maşın velosipedçini vurub.

Leqal.info xəbər verir ki, hadisə dünən saat 18:00 radələrində Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Həsənli İlkin Şəmsi oğlu avtomobillə Pirallahı-Qala şosesində şəhər istiqamətində hərəkətdə olarkən yolda hərəkətdə olan velosipedçi Əmirov Zaman Hüseyn oğlunu vurub.

Zaman Əmirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info