AZ

Binə-Qala sahəsində mikroavtobus qatara çırpılıb, yaralananlar var

 

Bu gün saat 02:30-da ADY-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
 
İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və xəstəxanaya yerləşdiriliblər.

Seçilən
15
32
operativmedia.az

10Mənbələr