AZ

Bakıda 25 yaşlı gəncə xəsarət yetirildi: şübhəli şəxs axtarılır

Oktyabrın 20-də günorta saatlarında paytaxtın Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Ş.Nəbiyevə kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı  bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür.

Seçilən
4
20
oxu24.com

10Mənbələr