AZ

Tramp "McDonald's"da müştərilərə xidmət etdi

Bakı. Trend:

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədDonald Tramp Pensilvaniya ştatında "McDonald's" restoranlarışəbəkəsinin əməkdaşı kimi fəaliyyət göstərib.

Trend xəbər verirki, bu hadisə "Fox News" kanalının yerli bölməsi tərəfindən canlıyayımlanıb.

Məlumata görə, Tramp Feastervil şəhərindəki "McDonald's"restoranına gedərək, əynində önlük ilə bir neçə porsiya kartofqızartması hazırlayıb və öz hesabına müəssisənin ziyarətçilərinəbir neçə sifariş verib.

Restoranda yarım saat qaldığı müddətdə Tramp orada işləməyixoşladığını qeyd edib və gələcəkdə yenidən orada işləmək istədiyiniistisna etməyib.

Yarım saatlıq növbəsinin sonunda Tramp jurnalistlərlə danışıb.O, mediaya verdiyi müsahibədə bu səhər İsrailin baş naziri BenyaminNetanyahu ilə əlaqə saxladığını bildirib və əlavə edib ki, İsrailhakimiyyəti ABŞ Prezidenti Co Baydenə qulaq asmadığı üçün yəhudidövləti hazırda böyük təhlükə ilə üz-üzədir.

Tramp, həmçinin demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti KamalaHarrisi 60 illik yubileyi münasibətilə təbrik edib və onun adgünündə ona kartof qızartması hədiyyə edə biləcəyinivurğulayıb.

Xatırladaq ki, Harris daha əvvəl bir neçə dəfə tələbə olarkən"McDonald's"da işlədiyini və orada kartof qızartdığını qeyd edib.Bununla belə, Tramp iddia edir ki, onun demokrat rəqibi yalandanışır, çünki onun "McDonald's"da işinə dair heç bir qeydyoxdur.

Seçilən
53
3
az.trend.az

10Mənbələr