AZ

CeyLo və Ben eyni məkanda - FOTOlar

Hollivud ulduzu Ben Afflek və Cennifer Lopez eyni məkabda görüntüləniblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ben və Cennifer Los-Ancelesdə əvvəlki evliliklərindən olan övladlarının iştirak etdiyi axşam tədbirinə qatılıblar. Onlar üz-üzə gəlməmək üçün əllərindən gələni ediblər.

Paparazzilərin fotoşəkillərini dərc edən "Daily Mail" tabloidi yazıb ki, Lopez bütün axşamı qızı Emmi ilə birlikdə keçirib və kefsiz görünüb. Afflek də öz növbəsində digər keçmiş aktrisası Cennifer Qarneri və onların ortaq qızı Serafinadan (indi Fin kimi tanınır) heç vaxt ayrılmayıb. Axşamın sonunda məşhurlar qarşılaşmamaq üçün hətta müxtəlif qapılardan çıxıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Məqaləyə dair fotomateriallar:

Seçilən
19
13
milli.az

10Mənbələr