AZ

Sandu Moldova prezident seçkilərində liderdir - YENİLƏNİB

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində 37,93%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 28,75% səs toplayıb.

APA xəbər verir ki, bu ilkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 90,54%-i sayıldıqdan sonra dərc edilib.

“Bizim partiya”nın lideri Renato Usatıy 13,7% səslə üçüncü yerdə qərarlaşıb.

Seçkinin nəticələrində sonrakı yerləri Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah (5,9 %), sabiq prokuror Viktoriya Furtuna (5%), keçmiş baş nazirlər Vasili Tarlev (3,5%) və İon Çiku (2,2%) tutublar.

***

23:42

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində 35% nəticə ilə liderdir.

APA xəbər verir ki, bununla bağlı ilkin nəticələr Moldova Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 50%-nin sayılmasından sonra dərc edilib.

Onu 29 faiz səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir. “Bizim partiya”nın lideri Renato Usatıy isə 14% səslə üçüncü yerdədir.

Nəticələrdə dördüncü yeri sabiq prokuror Viktoriya Furtuna (6%) tutur. Onun ardınca Qaqauziyanın sabiq rəhbəri İrina Vlah (5%), keçmiş baş nazir, “Moldovanın Gələcəyi” partiyasının rəhbəri Vasili Tarlev (3%) və sabiq baş nazir İon Çiku (2%) gəlir.

Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun ilk iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.

Seçilən
19
7
apa.az

8Mənbələr