AZ

İsrail artıq Livan ordusunu da vurur: 3 əsgər öldü

Livan ordusu İsrailin endirdiyi zərbə nəticəsində üç əsgərinin öldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Livan ordusunun bildirdiyinə görə, əsgərlər bazar günü İsrailin onların avtomobilinə endirdiyi zərbə nəticəsində həlak olublar. Əsgərlər sərhəddəki Ayn-Ebel kəndini yaxınlıqdakı Hanin şəhəri ilə birləşdirən yolda həlak olublar.

Son məlumatlara görə, ötən ay İsraillə Hizbullah hərəkatı arasında genişmiqyaslı müharibə başlayandan bəri Livan ordusu 8 əsgər itirib. /bakivaxti.az/

Seçilən
14
2
turkustan.az

3Mənbələr