AZ

Sandu Moldovada keçirilən prezident seçkilərində liderdir

Sandu

Bakı, 21 oktyabr, AZƏRTAC

Moldovanın hazırkı dövlət başçısı Maya Sandu prezident seçkilərində liderlik edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Protokolların 37 faizi açıqlandıqdan sonra Sandu 35 faizlik nəticə ilə liderdir.

Onun ardınca 29 faizlə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo ilə gəlir.

Qalib seçicilərin yarısından çoxunun səsini toplamalıdır. Əks təqdirdə, noyabrın 3-də ikinci tur keçiriləcək və birinci turun iki lideri iştirak edəcək.

 

Seçilən
50
2
azertag.az

10Mənbələr