Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum və prezident seçkilərində səsvermə başa çatıb.
Viral.az xəbər verir ki, seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb.
Bununla belə, bəzi Qərb ölkələrində səsvermə davam edəcək.
Son Yazılar:
- Moldovada prezident seçkiləri və referendumda səsvermə başa ÇATDI
- Berlində Fələstinə dəstək aksiyası: 12 polis yaralandı
- Azərbaycan Basketbol Liqasında I tura yekun VURULDU
Seçkilər yüksək seçici fəallığı şəraitində keçib. Saat 21:00-a olan məlumata görə, seçici fəallığı 51,3% olub və səsvermənin etibarlı sayılması üçün 33,3%-lik həddi keçib. Bu vaxta qədər MSK və müşahidəçilər seçkinin nəticələrinə təsir edə biləcək hər hansı əhəmiyyətli pozuntu qeydə almayıblar.