AZ

Berlində Fələstinə dəstək aksiyasında 12 polis yaralandı

Almaniyanın paytaxtı Berlində Fələstini dəstəkləyən nümayişlər zamanı 12 polis əməkdaşı yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Berlin hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Etiraz aksiyaları zamanı polis əməkdaşlarına hücuma və onlara müqavimətə görə 57 nəfər müvəqqəti saxlanılıb. Bundan əlavə, bəzi iştirakçılar üzlərini bağlayaraq qadağan olunmuş şüarlar səsləndiriblər.

Asayişi 520 polis əməkdaşı təmin edib.


Müəllif: Teleqraf.com
Seçilən
15
11
teleqraf.com

10Mənbələr