AZ

Sumqayıtda ikimərtəbəli evdə yanğın baş verdi

Sumqayıt şəhərinin Corat qəsəbəsində ümumi sahəsi 160 m²(hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, 2-ci mərtəbəsində alçipandan ibarət tavan 24 m² sahədə və ev əşyaları 4 m² sahədə qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
2
10
axar.az

10Mənbələr