AZ

Astarada ata oğlunu GÜLLƏLƏDİ

Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir.

Viral.az-ın Report-a istinadən məlumatına görə, hadisə Sığaloni kəndində qeydə alınıb.

Belə ki, aralarında baş verən mübahisə zəminində Ağaşir Hüseynov oğlu 33 yaşlı Tural Hüseynova ov tüfəngindən atəş açıb.

Son Yazılar:

T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə əməliyyatına alınıb.

Hadisəni törətməkdə təqsirli bilinən Ağaşir Hüseynovun saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
17
viral.az

10Mənbələr