Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir.
Viral.az-ın Report-a istinadən məlumatına görə, hadisə Sığaloni kəndində qeydə alınıb.
Belə ki, aralarında baş verən mübahisə zəminində Ağaşir Hüseynov oğlu 33 yaşlı Tural Hüseynova ov tüfəngindən atəş açıb.
Son Yazılar:
- Astarada ata oğlunu GÜLLƏLƏDİ
- Brüsseldə İsrail əleyhinə aksiya KEÇİRİLİR
- İsrail Misirdən silah daşıyan PUA-nı VURDU
T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə əməliyyatına alınıb.
Hadisəni törətməkdə təqsirli bilinən Ağaşir Hüseynovun saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilir.
Faktla bağlı araşdırma aparılır.