AZ

Astarada ata oğlunugüllələndi

Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir.

Teleqraf.com xəbər verir ki, hadisə Sığaloni kəndində qeydə alınıb.

Aralarında baş verən mübahisə zəminində Ağaşir Hüseynov 33 yaşlı Tural Hüseynova ov tüfəngindən atəş açıb.

T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə əməliyyatına alınıb.

Hadisəni törətməkdə təqsirli bilinən Ağaşir Hüseynovun saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Seçilən
13
17
teleqraf.com

10Mənbələr