AZ

Trampla telefonla danışdı

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentliyinə namizəd Donald Trampla telefonla danışıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

"İsrail ABŞ administrasiyasının narahatlığını nəzərə alır, lakin son nəticədə öz milli maraqlarına əsaslanaraq qərarlar verəcək", - Netanyahu bildirib.

Bundan əvvəl "The Hill" qəzeti ABŞ Demokratlar Partiyasının üzvlərinin İsrailin Baş nazirinin Amerika seçkilərinə müdaxilə edə biləcəyindən şübhələndiyini yazmışdı. Nəşr qeyd edib ki, 2020-ci illə müqayisədə ABŞ Prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harrisin administrasiyasına dəstəkdə xeyli azalma var.

Milli.Az

Seçilən
9
29
milli.az

10Mənbələr