AZ

Azərbaycanda "Halloween" bayramına maraq göstərənlərin sayı artıb: Ekspertlər nələri açıqladı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hər il dünyanın müxtəlif ölkələrində oktyabrın 31-i "Halloween" bayramı qeyd olunur.
Artıq Azərbaycanda da bu bayrama maraq göstərənlərin sayı kifayət qədərdir.
Elə buna görə də həmin şənlikdə istifadə edilən maska və aksesuarların satıldığı mağazalar fəaliyyət göstərir.
Bəs bu aksesuarların qiyməti neçəyədir və tələbat nə qədərdir?
"Məktəblərdə, bağçalarda bu bayramla əlaqədar tədbirlər keçirildiyinə görə kostyumlar daha çox satılır. 3-15 yaş aralığında bütün personajların kostyumu mövcudddur. Qiymətlər 30-35, maksimum 60 manat arasında dəyişir", - deyə satıcı bildirib.
Sosioloqlar hesab edirlər ki, bu cür bayramlar əyləncəli olsa da, valideynlər ehtiyatı əldən verməməlidirlər. Çünki bəzi kostyum və aksesuarlar uşaqlar üçün uyğun deyil. Sözsüz ki, hər kəsin əyləncə tərzi fərqlidir, lakin bu bayramı qeyd edən valideynlər geyim və aksesuar alarkən uşağın psixoloji sağlamlığını nəzərə alaraq seçim etsələr, daha yaxşı olar.
Daha ətraflı Baku TV-nin materialında:
Seçilən
33
50
oxu.az

10Mənbələr