AZ

"Fikirləşdi ki, bizi canavar çöldə parçalayar, ona görə qayıtdı"

"İllər əvvəl bir müğənninin Elza Seyidcahanla maşında mübahisəsi düşdü. Mən də sakitcə avtomobildə oturmuşam. İmişlidə bizi yolda qoyub getdi. Elza ilə yolda qaldıq".

Demokrat.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, başlarına gələn hadisəni belə nəql edib:

"Hadisə heç nədən oldu. Elza xanımın günahı yox idi, biz söhbət edirdik.Tədbirdən gəlirdik, avtomobili xanım müğənni idarə edirdi. Elza xanım gecə saatları olduğu üçün danışırdı ki, sükan arxasındakı xanım yatmasın. Əslində yaxşılıq edirdi. Biz İmişli yolundan Bakıya getməkdənsə, Azərbaycan Ermənistan sərhədinə çıxmışıq. Bir də gördük ki, sərhədçilər üstümüzə qaçdı, şok olduq. Bizə dedilər ki, səhv gəlmisiniz. Bir qırğın etdi yolda, bizim ikimizi də avtomobildən düşürdü. Dedim, Elza xanım, sakit, bunun başı "çöndü".

Seçilən
6
10
demokrat.az

10Mənbələr