AZ

Salyanda 51 yaşlı kişi qətlə yetirilib

Ötən gün axşam saatlarında Salyan şəhərinin T.Xəlilbəyli küçəsində Salyan rayon sakini, 1973-ci il təvəllüdlü Əziz Salayevin meyiti aşkarlanıb.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a bildirilib ki, oktyabrın 19-da saat 21 radələrində Salyan rayon sakini Əziz Salayevin baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub. 

 

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən - əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Elşən Səmədov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
4
senzor.az

10Mənbələr