AZ

Bu yolda sürət həddi bərpa olundu

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
 
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
 
Qeyd edək ki, Zığ dairəsi – Hava Limanı yolunda əlverişsiz hava ilə əlaqədar sürət həddi dünən endirilib.
Seçilən
13
49
moderator.az

10Mənbələr