AZ

Bu yolda sürət həddi bərpa olundu

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, Zığ dairəsi – Hava Limanı yolunda əlverişsiz hava ilə əlaqədar sürət həddi dünən endirilib.

Seçilən
10
49
bakivaxti.az

10Mənbələr