AZ

İranın nüvə bombasından güclü silahı nədir?

"Baku" TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.

Publika.az xəbər verir ki, budəfəki buraxılışda nüvə silahından daha güclü olan silahlardan bəhs olunub.

Qeyd olunub ki, açıq mənbələrdə uran-plutonium əsaslı nüvə silahından daha güclü silahların mövcudluğu inkar edilmir.

Hərçənd ki, onların özlərinin də nüvə silahı sayılıb-sayılmadığı birmənalı deyil.

Bu baxımdan diqqətçəkən ilk silah hidrogen bombalarıdır. Başqa deyimlə termonüvə silahı kimi də tanınan hidrogen bombaları uran-plutonium əsaslı nüvə silahları ilə eyni dağıdıcı amillərə malik olmaqla onlardan daha böyük potensial partlayış gücünə sahibdir.

Hidrogen bombasının dağıdıcı gücü yüngül elementlərin daha ağır elementlərə nüvə sintezi reaksiyasından ayrılan enerjidən istifadə edilməsinə əsaslanır.

Standart nüvə silahından daha güclü silah kimi 1956-1961-ci illərdə keçmiş Sovetlər Birliyində hazırlanan "Çar bomba" adlandırılan "AN602" aviasiya bombası da olduqca məşhurdur.

Adıçəkilən bomba indiyədək bəşər tarixində istehsal olunan ən güclü partlayıcı qurğudur və sınaqdan keçirilən ən güclü termobarik qurğu kimi "Ginnesin rekordlar kitabı"na daxil edilib.

Seçilən
8
5
publika.az

7Mənbələr