AZ

Kirayə evlərin ən bahalı olduğu Avropa şəhərləri

Kirayə evlərin ən bahalı olduğu Avropa şəhərinin adı açıqlanıb. 

"Ölkə.az" xəbər verir ki, mənzil kirayələmək üçün ən bahalı yer, əvvəllər yaşayış və turizm üçün dünyanın ən yaxşı şəhəri kimi tanınan London olub.  

Burada orta kirayə rüblük rekord həddə - 2,694 funt sterlinq (təxminən 6 min manata yaxın) təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur.

Bu barədə 2024-cü ilin iyul-sentyabr aylarında yerli daşınmaz əmlak agentliklərində Avropanın 20-dən çox aparıcı şəhərində kirayə qiymətlərini təhlil edən “Euronews Travel” məlumat yayıb. Orta qiymətin hesablanması bütün növ əmlaklar üçün tələb olunan icarə haqqına əsaslanır: otaqlar və studiya mənzillərindən tutmuş çoxotaqlı evlərə qədər.

Belə ki, Britaniyanın “Rightmove” daşınmaz əmlak agentliyinin məlumatına görə, Londonun mərkəzinin ən çox tələb olunan ərazilərində kirayə haqqı orta hesabla 3175 funt sterlinqdir(təxminən 7 min manat). Paytaxtın kənarlarında isə qiymətlər qismən ucuzdur – 2341 funt sterlinq (təxminən 5 min manat).

Almaniyanın “Statista” şirkətinin məlumatlarına əsaslanan reytinqdə ikinci yeri Hollandiyanın paytaxtı Amsterdam tutub. Burada mənzillərin orta qiyməti 4 manat təşkil edir. Onu orta hesabla 2 min avro qiymətlə İtaliyanın paytaxtı Roma izləyir.

2024-cü ildə ən bahalı mənzil kirayəsi olan 7 Avropa şəhəri: 

London, Böyük Britaniya (3220 avro)

Amsterdam, Hollandiya (2275 avro)

Roma, İtaliya (2000 avro)

Paris, Fransa (1862 avro)

Rotterdam, Hollandiya (1795 avro)

Haaqa, Hollandiya (1790 avro)

Münhen, Almaniya (1770 avro)

Kirayə üçün ən əlverişli şəhərlər Budapeşt (Macarıstan) , Afina (Yunanıstan) və Turin (İtaliya) seçilib. Buralarda qiymətlər müvafiq olaraq ayda 950 avro, 1000 avro və 1100 avro dəyərindədir. (Lent.az)

Seçilən
20
2
olke.az

3Mənbələr