AZ

İkinci Liqa: “Ağdaş” ev oyununda 3 cavabsız qola üzüldü

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Ağdaş” doğma meydanda qarşılaşdığı “Hypers Quba”ya 3 cavabsız qolla uduzub.

İkinci Liqa
7-ci tur

17 oktyabr

“Şahdağ Qusar” – “Şəki Siti” 5:0
Qollar: Famil Camalov, 11; 20; 82. Tural Qurbatov, 50. Ədilxan Qarəhmədov, 64.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Rəsul Babayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəfa” – “Lerik” oyunu baş tutmayıb
Hakimlər: Ruslan Quliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Nazim Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”, 15:00.

“Qusar” – “Şəmkir” 0:6
Qollar: Rövşən Şahmuradov, 1. Akif Tağıyev, 10. Cavanşir Cavanşirov, 17. Vidadi Cəfərov, 30; 54; 74.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Kür-Araz” – “Şimal” 0:2
Qollar: Tofiq Nəsibov, 21; 48.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

18 oktyabr

“Dinamo” – “Saatlı-Araz” 1:0
Qol: Şahin Əliyev, 15.
Hakimlər: Əli Əliyev, Nurlan Əhmədzadə, Aydın Bəxşiyev, Emin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:30.

“Göygöl” – “Füzuli” 9:0
Qollar: Samir Məmmədov, 6; 23; 72; 81. Zahid Sadıxov, 20. Çingiz Məmmədov, 54. İntiqam Tağıyev, 67. Araz Quliyev, 90.
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

19 oktyabr

“Ağdaş” – “Hypers Quba” 0:3
Qollar: Nurlan Novruzov, 12-pen; 71. Elşən Veysov, 27.
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Samir Qaracayev, Sərxan İsmayılov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Ağdaş şəhər stadionu, 14:30.

Seçilən
10
3
arena.az

10Mənbələr