AZ

Seçkilərdə süni problemlər yaratmaq Gürcüstanın inkişafına mane törətməyə yönəlib - Gürcüstanlı jurnalist

Xankəndi. Trend:

Seçkilərdə süni problemlər yaratmaq Gürcüstanın inkişafına manetörətməyə yönəlib.

Bunu Trend-ə açıqlamasında Gürcüstanda yaşayan azərbaycanlıjurnalist Ramilə Əliyeva Xankəndidə olarkən deyib.

"Bildiyimiz ki, Gürcüstan parlament seçkilərinə hazırlaşır. Buseçkilərdə bir çox yeniliklər var. Yeniliklərdən biri seçkilərintam olaraq proporsional qaydada keçirilməsi, ikincisi isə,seçkilərin ölkə ərazisinin, demək olar ki, 98 faizində elektronşəkildə keçirilməsidir.

Son dövrlər Gürcüstana olan təzyiqlər artıb, bu danılmazfaktdır. Bunu hər gün görürük. Seçkiöncəsi vəziyyətdən danışsaq,düşünürəm ki, sakit seçkiöncəsi dövrdür. Seçkilərə hazırlıqbaxımından da, seçkilərdə iştirak edən namizədlərin azad şəkildə özfikirlərini ifadə etməsi baxımından da, seçkiöncəsi kampaniyanıaparmaq baxımından da yaxşı şərait var.

Bununla belə, təzyiqlər də çoxdur. Düşünürəm ki, təzyiq ölkəninmüstəqilliyinə, onun azad qərar verməsinə təsir göstərməyəyönəlibsə, bu, düzgün deyil. Gürcüstan əhalisi 26 oktyabr tarixindəöz seçimini edəcək və bu seçim Gürcüstan əhalisinin istəyindənirəli gələrək, olacaq.

Seçkilərdə süni problemlər, qarşıdurmalar yaratmaq Gürcüstanıninkişafına mane törətməyə yönəlib", - o qeyd edib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrtarixinə təyin olunub.

Seçilən
37
2
az.trend.az

3Mənbələr