AZ

Ermənistan uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə NATO tədbirində iştirak edib

Ermənistanın Mərakeşdəki hərbi nümayəndə heyəti beynəlxalq missiyalar çərçivəsində NATO qüvvələri ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə tədbirdə iştirak edib.

“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ölkənin silahlı qüvvələrinin baş qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-17-də Kasablankada NATO-nun Əməliyyat Potensialı Konsepsiyasının illik konfransında iştirak edib. Tədbir çərçivəsində NATO-nun tərəfdaş ölkələrinin bölmələri beynəlxalq missiyalarda NATO qüvvələri ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsindən keçiblər.

Səfər çərçivəsində Yeroyan həmçinin Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının Baş Qərargah rəisinin müavini, vitse-admiral Qunşteyn Bruasdal (Norveç), NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Komandanlığının Hərbi Əməkdaşlıq Xidmətinin rəhbəri, Baş Qərargah rəisinin müavini, briqada generalı Martin Remesi (Slovakiya) ilə görüşlər keçirib.

“Əməkdaşlıqla bağlı məsələlər, o cümlədən uyğunluğun qiymətləndirilməsinin növbəti mərhələsi ilə bağlı məsələlər müzakirə edilib”, - nazirlikdən vurğulanıb.

Seçilən
10
8
ikisahil.az

10Mənbələr