AZ

Bakıda qanunsuz tikilmiş ev su kollektorunun sıradan çıxması təhlükəsini yaradıb

Bakıda

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakıda üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evi tikilmiş su kollektorunun sıradan çıxması təhlükəsi yaranıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin ev Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diameri 1200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadratmetr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikilib.

Ağır konstruksiyadan ibarət 2 mərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir. Bununla yanaşı, tikilinin səbəb olduğu ağır yüklənmə kollektorun sıradan çıxmasına və qəzalı vəziyyətin yaranmasına yol açıb.

Məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başalanılıb.

Seçilən
10
1
azertag.az

10Mənbələr