AZ

Mülki məhkəmə icraatı ilə əlaqədar bir sıra prosessual müddətlər dəqiqləşdirilir

Mülki məhkəmə icraatı zamanı məhkəmə üçün nəzərdə tutulan bir sıra prosessual müddətlər dəqiqləşdirilir.

Bakıvaxtı.az xəbər verir, bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılacaq və həll ediləcək. Vəsatətə onun təqdim edildiyi və ya növbəti məhkəmə iclasından gec olmayaraq baxılacaq. Vəsatətdə göstərilən məsələ təxirəsalınmaz qaydada həll edilməli olduqda, vəsatətə baxılması ilə bağlı işdə iştirak edən şəxslərə məlumat verilməklə məhkəmə iclası təyin edilə bilər.

Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılacaq və həll ediləcək.(trend)

Seçilən
18
6
bakivaxti.az

10Mənbələr