AZ

Putin COP29-da iştirak ETMƏYƏCƏK?

Rusiya Prezidenti Vladimir Putin noyabrda Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan hökumətindəki mənbələrə istinadən “BBC Azərbaycanca” yayıb. Bildirilib ki, Rusiya sözügedən tədbirdə Baş nazir səviyyəsində təmsil olunacaq. 

Bununla yanaşı, mənbələr Rusiya liderinə rəsmi dəvət göndərildiyini də təsdiqləyiblər.

Bildirilir ki, Rusiya tədbirdə Baş nazir səviyyəsində təmsil olunacaq.

Qeyd edək ki, noyabrın 11-22-də Bakıda COP29 iqlim konfransı keçiriləcək. 

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin COP29 tədbirində iştirakı ilə bağlı hələ qərar qəbul edilməyib. O, Rusiyanın mütləq şəkildə tədbirdə təmsil olunacağını vurğulayıb. “Hələ heç bir qərar verilməyib”, - Kreml nümayəndəsi "RİA Novosti"nin Vladimir Putinin konfransda iştirakı ilə bağlı sualına cavab verib.

Bir neçə gün əvvəl Rusiya Prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev jurnalistlərə açıqlamasında bildirib ki, Putin və ya baş nazir Mixail Mişustin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edə bilər.

“Mən prezidentin fərmanı ilə Rusiya nümayəndə heyətinə rəhbərlik edirəm. Amma ümid edək ki, bu il onlardan biri - ya prezident, ya da hökumət sədri olacaq. Azərbaycan strateji əhəmiyyətli tərəfdaşdır və mən əlbəttə ki, statusun daha yüksək olmasını, açılışda ya prezident, ya da hökumət sədrinin olmasını istərdim, ondan sonra danışıqların əsas hissəsini məntiqi sonluğa çatdırardım”, - Edelgeriyev qeyd edib.

Seçilən
5
8
redaktor.az

10Mənbələr