AZ

Azərbaycan və Çad Kamandan Oxatma federasiyaları arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev və Çad Kamandan Oxatma Federasiyasının prezidenti, eləcə də Çad Olimpiya Komitəsinin baş katibi Nqulet Kolombe arasında görüş keçirilib.

Qurumdan 90deqiqe.Az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə qurulacaq əlaqələrin inkişaf perspektivləri və bu idman növü üzrə mümkün layihələr müzakirə edilib.

Bu əməkdaşlığın hər iki ölkənin idmançıları üçün geniş imkanlar açaraq, gələcəkdə ortaq layihələrin reallaşmasına zəmin yaradacağı qeyd edilib

 

Seçilən
9
4
90deqiqe.az

10Mənbələr