AZ

Rusiya səmasında DƏHŞƏT BAŞLADI - 6 saat aramsız PUA hücumu, Zaporojyedə rus hərbçilər MƏHV EDİLDİ

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk və Rostov vilayətləri üzərində Ukraynaya məxsus 16 PUA-nı məhv edib və ələ keçirib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 19-da saat 00:00-dan 06:00-ya qədər Rusiya ərazisindəki obyektlərdə PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb. Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatı Bryansk vilayəti ərazisində, 2-si Rostov vilayəti ərazisində, 1-i isə Belqorod vilayətində vurulub.

Ukrayna Silahlı Qüvvələri Zaporojyedə bir qrup rus hərbçisini öldürüb.

Bu barədə "Telegram" kanallarında video yayılıb.

Məlumata görə, hücum zamanı HİMARS raketindən istifadə edilib.

Gündəmdəki bütün xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
12
42
musavat.com

10Mənbələr