AZ

Dövlət Komitəsinin Ordubaddakı idarəsi satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bir kiçik dövlət müəssisəsini hərraca çıxaracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hərrac 18 noyabr 2024-cü il tarixində təşkil olunacaq.

Məlumata görə, hərraca çıxarılacaq obyekt Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsidir.

Sözügedən obyektin ilkin satış qiyməti 115122 manat, 10% behin həcmi isə 11512 manat müəyyənləşib.

Milli.Az

Seçilən
19
10
milli.az

10Mənbələr