AZ

Ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub

Oktyabrın 18-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN mətbuat xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Seçilən
14
49
xalqqazeti.az

10Mənbələr