Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb. SİA-nın məlumatına görə, 2022-ci il təvəllüdlü Vüqar Abbaslı bu gün səhər səhər yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə ötən gecə Lerik rayonunun Şinəbənd kəndində baş verib. Odun peçindən çıxan alov 2 yaşlı uşağın və valideynlərinin üstünə düşüb. 2 yaşlı uşağın bədəninin çox hissəsinin yandığı bildirilirdi.
Faktla bağlı araşdırma aparılır.