AZ

Əqrəbamı yığsaydım, o qədər pul tapa bilməzdim - VİDEO

ARB TV-nin "İzzət Şou” verilişinin qonaqları Alim Qasımov və Fərqanə Qasımova olub.

Bakupost.az xəbər verir ki, Alim Qasımov Əlibaba Məmmədovla bağlı xatirələrini bölüşüb.

"Mən Əlibaba müəllimin eşqinə gəlmişdim Asəf Zeynallıya, amma mən qəbul olduğum il o, oradan çıxdı. O zaman ən boyük sənətkarlarımızdan birinin arxasınca altı-yeddi ay gəzdim ki, mənə müəllimlik etsin, məni qəbul etmədi, yol da göstərmədi. Əlibaba müəllim üçün oxudum, dedi ki, gəlin qol çəkin, bundan gələcəkdə sənətkar olacaq.

Bir də soruşdu ki, atan harda işləyir? O vaxtı Asəf Zeynallıya qəbul olmaq üçün iki min beş yüz manat pul lazım idi. Mən də əqrəbamı yığsaydım o qədər pul tapa bilməzdim” - deyə o, bildirib.

Daha ətraflı videoda:


Seçilən
15
16
bakupost.az

10Mənbələr