AZ

Tağı Əhmədov üçün çağırış daxil olduqdan yeddi dəqiqə sonra imtina edilib - YENİLƏNİB+VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun vəziyyətinin pisləşməsi ilə bağlı çağırış daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

"Mərkəzə 18 oktyabr 2024-cü il tarixində, saat 21:00 radələrində Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi ilə bağlı çağırış daxil olub.

Saat 21:07-də isə çağırışdan imtina qeydə alınıb", - deyə TƏBİB məlumat verib.

***23:22

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi paytaxtdakı klinikalardan birindən məscidə aparılıb.

İqtisadiyyat.az xəbər verir ki, dini mərasimlərin icrasından sonra cənazə Novxanı qəsəbəsindəki evinə gətirilib.

Hazırda vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və bir sıra ictimaiyyət nümayəndələri iştirak edirlər.

Yaxınlarının sözlərinə görə, Tağı Əhmədov sabah günorta saatlarında Əhmədli qəbiristanlığında dəfn olunacaq.

Ətraflı Baku TV-nin süjetində:

***21:22

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov 75 yaşında vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edək ki, Tağı Əhmədov 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. O, 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb. 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

Seçilən
2
11
iqtisadiyyat.az

10Mənbələr