AZ

Putin Bakıya gəlməyəcək? - BBC

Rusiya noyabrda Bakıda keçiriləcək COP29 tədbirində baş nazir səviyyəsində təmsil olunacaq.

Axar.az xəbər verir ki, bu barədə BBC öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edək ki, Bakıda 11-22 noyabrda keçiriləcək COP29-da dünyanın onlarla ölkəsinin liderləri iştirak edəcəklərini təsdiqləyiblər.

Bir neçə gün öncə Kremlin mətbuat katibi Vladimir Putinin Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirakı ilə bağlı qərar hələ qəbul edilmədiyini bildirmişdi.

Seçilən
8
5
axar.az

6Mənbələr