AZ

Vladimir Putin COP29-a "gəlməyəcək": eksklüziv

Məqalə barədə məlumatMüəllif, Fərid HəsənovVəzifə, BBC News Azərbaycanca

Vladimir Putin COP29 tədbirində iştirak etmək üçün Bakıya gəlməyəcək, Azərbaycan hökumətindəki mənbə BBC Azərbaycancaya bildirib.

Rusiya tədbirdə "Baş nazir səviyyəsində təmsil olunacaq", mənbə deyib.

BBC Azərbaycanca belə başa düşür ki, Azərbaycan hökuməti digər ölkə liderləri ilə, yanaşı, Vladimir Putinə də dəvət göndərib.

Bu, BMT tədbiridir və hökumət dəvət edərkən ayrı-seçkilik etmir, mənbə BBC Azərbaycancaya deyib.

Bu həftə Ukrayna Qərb ölkələrini Putinin Azərbaycanda keçirilən COP29 sammitinə gələcəyi halda, tədbiri boykot etməyə çağırıb.

Ukrayna: “Putin Azərbaycanda COP29-a gələrsə, tədbiri boykot edin”Rusiya,

Şəklin mənbəyi, Getty Images

Seçilən
21
50
bbc.com

10Mənbələr