AZ

"Ferrari" 1200 at gücünə malik flaqman modelini təqdim etdi

İtalyan superkar istehsalçısı "Ferrari" yeni flaqman modelini - "Ferrari LaFerrari"ni əvəz edən F80-i təqdim edib.

Valyuta.az xəbər verir ki, V12 mühərriki ilə təchiz edilmiş sələfindən fərqli olaraq, yeni F80 900 at gücünə malik V6 benzin mühərriki ilə təchiz edilib və üç elektrik mühərriki var.

Hibrid transmissiyanın ümumi gücü 1200 at gücünə bərabərdir. Mühərrikin inkişafı zamanı mühəndislər yanma kamerasında təzyiqi artırıblar və sürət qutusunu yenidən kalibrləyiblər. "Ferrari F80" brendin tarixində yaradılmış ən güclü avtomobil olub. O, 2,15 saniyəyə sürətlənir və 200 km/saat həddinə 5,75 saniyəyə çatır.

Avtomobil qaldırıcı qayçı qapılar və arxada açılan qanadla təchiz olunub. Superkarın monokok kuzovu karbon lifi və kompozit materiallardan hazırlanıb.

Paşa Məmmədli

Seçilən
32
6
valyuta.az

8Mənbələr