AZ

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlandı!

Oktyabrın 17-də növbəti dəfə Bakı Caz Festivalına start verilib. “Payızın caz improvizasiyaları: Baku Jazz 2024” adı altında keçirilən tədbirə ABB də tərəfdaşlıq dəstəyi göstərir.

Festival oktyabrın 27-dək davam edəcək. Konsert proqramları Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Milli Konservatoriyasında, “Jolly Joker” konsert meydançasında və ADA Universitetində təşkil olunacaq.

Festivalın proqramına konsertlər, ustad dərsləri, caz ulduzları ilə görüşlər, “İpək üzərində caz” sərgisi, “Jazz & Art” animasiya eskizləri, “Best World Jazz Photo” sərgisi, Bəhram Bağırzadənin “Uşaqlar üçün caz” kitabının təqdimatı və digər tədbirlər daxildir.

Bakı Caz Festivalında ənənəvi caz, etno-caz, bossa nova, caz-rok kimi üslublar nümayiş olunacaq. Festivalda Interplay triosu, amerikalı müğənni Şeril Rayley, eləcə də digər dünya ulduzları iştirak edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
17
15
banco.az

10Mənbələr