AZ

Rusiyada ermənilər ər-arvadın avtomobilinə atəş açıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Vladivostok şəhərində ər-arvadın zərər çəkdiyi dəhşətli bir hadisə baş verib. Milliyyətcə erməni olan üç kişi, qadın sürücünün onlara yol verməməsi səbəbindən avtomobilə atəş açıb.
Oxu.Az xəbər verir ki, bu barədə siyasətçi və hüquq müdafiəçisi Maksim Çixunov özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum üç erməninin olduğu avtomobilin faralarını yandırıb-söndürməsindən sonra baş verib. Lakin sükan arxasındakı qadın sürücünün yol vermək tələbini nəzərə almayıb. Buna cavab olaraq onlardan biri ər-arvadın maşınının qarşısını kəsib və onlar avtomobildən çıxıblar.
Sərnişin oturacağında oturan qadının əri arvadını müdafiə edərək hücum edənlərə müqavimət göstərib. Lakin üç kişi ər-arvadın avtomobilinə atəş açmağa başlayıb.
Primorye Daxili İşlər İdarəsinin Mətbuat Xidməti atışma faktını təsdiqləyib və şübhəlinin saxlanıldığını bildirib. Travmatik silahı qanuni əsaslarla saxlayan 28 yaşlı kişi əvvəllər məhkum olunmayıb.
Seçilən
11
50
oxu.az

10Mənbələr